7 Sentyabr 2017 13:02
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsinə dair ifadə verməli olacaq.

Teleqraf.com xəbər verir ki, prezidentin oğlu bu dəfə Senatda dindiriləcək.

Onun Senatda bu gün dindiriləcəyi gözlənilir. Oğul Trampın vəkili Alan Futerfas bildirib ki, Senatdakı dinləmənin peşəkar və məhsuldar olacağına ümid edirlər: “Biz Senatın müvafiq komitəsinə komək etmək imkanı qazandıq”.

Qeyd edək ki, ABŞ Prezidenti Trampın oğlunun Hillari Klinton barəsində ifşaedici məlumatlar əldə etmək üçün rusiyalı vəkillə görüşdüyü ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər