7 Sentyabr 2017 13:58
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Şimali Koreyanın ABŞ-ın təhdidləri səbəbindən ballistik raket və nüvə sınaqları həyata keçirməsini dəstəkləyib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Həsən Ruhani İran Nazirlər Kabinetinin toplantısında Pxenyanın hidrogen bombası ilə bağlı apardığı sınağı da qiymətləndirib.

“Bu gün Şimali Koreya bu yolunu öz varlığı və təhdidlər səbəbindən seçib. Vaşinqton daima Şimali Koreyanı təhdid edərkən, Pxenyan yeni bomba sınaqları həyata keçirir. Atom silahı əldə edən ölkələrə təhdid bütün dünya üçün böyük təhlükədir. Biz bu istiqamətdə problemlərin müzakirə və dialoq çərçivəsində həll edilməsinin lazım olduğuna inanırıq”, - deyə, Ruhani bildirib.

İran prezidenti Səudiyyə Ərəbistanının Amerikadan yüksək miqdarda silah almasına dair fikirlərini də bölüşüb:

“Bizim cənub qonşularımız daima Qərbdən silah alır və bölgəni silahlandırır. Bu silahlar əsl düşmənə, İsrailə mübarizə məqsədilə alınmır”.


Müəllif: Cavad

Oxşar xəbərlər