24 İyul 2014 11:47

Hindistanda milliyyətçi müxalifət partiyasının deputatı bir müsəlmanın orucunu zorla pozdurub. Bu hadisə başqa şəxsələr tərəfindən görüntülənib.


Məlumata görə, Hindistanın əsas müxalifət partiyasının deputatı olan Rajan Baburao Vişare qaldığı otelin yeməklərindən narazı qaldığından, məkanın sahibi olan müsəlman biznesmeni zorla qidanın dadına baxmağa məcbur edib.

Qeyd edək ki, bu deputat dəfələrlə müsəlmanlar və hindular arasında qarşıdurma yaratmaqda ittiham olunub.

Bu hadisə ölkədə ciddi rezonans doğurub.

/publika.az/



Müəllif:
Загрузка...