8 Sentyabr 2017 10:53
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyndən Qətərlə bağlı yeni açıqlama yayımlanıb.

Teleqraf.com xəbər verir ki, açıqlama Səudiyyənin SPA xəbər agentliyinində yer alıb.

Açıqlama Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah tərəfindən verilib.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla brigə mətbuat konfransı keçirən Sabah bu sözləri deyib:

“Qətərin 13 maddəlik şərtdən sonra dialoqa hazır olması haqda açıqlamasını müsbət qiymətləndiririk. Ancaq bildirməliyik ki, bu şərtlər müzakirə olunmur və qəbul olunmalıdır”.

Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir

Oxşar xəbərlər