8 Sentyabr 2017 13:24
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi rus qırıcılarının Suriyanın Deyr-əz-Zor şəhərino bombalaması nəticəsində İŞİD-in “maliyyə naziri” Aş-Şimali də öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd edək ki, agentlik bundan öncə rus qırıcılarının bombardmanı nəticəsində İŞİD-in “hərbi naziri” Gülmurad Xalimovun və 40 terrorçunun məhv edildiyini bildirmişdi.

Müdafiə Nazirliyindən bildiriblər ki, əldə olunan informasiya və hədəfin müəyyən edilməsindən sonra Xmeymim hava limanından Su-34 və Su-35 qırıcıları havaya qalxıb və müəyyən edilən nöqtəyə zərbələr endirib.


Müəllif: Cavad

Oxşar xəbərlər