ABŞ-ın dəstəyi ilə Suriyada PKK-nın qolu kimi tanınan PYD Deyr-əz-Zor şəhərinin şimalındakı əraziləri İŞİD-dən almaq üçün əməliyyatlara başlayıb.
Teleqraf.com xəbər verir ki, PYD artıq Kirkedi mahalında əməliyyatları davam etdirir.
PYD qüvvələri Kirkedi mahalından Deyr-əz-Zorun qərbinə doğru yönəldikdən sonra Hasekenin cənubundakı Şəddadi ərazisində Cipsə istiamətinə çıxmaq istəyir.
Suriyada vətəndaş müharibəsindən əvvəl Deyr-əz-Zor şəhərində 230 min insan yaşayıb. Şəhərin böyük bir hissəsi 2014-cü ilin yayında İŞİD-in nəzarətinə keçib.