Körfəz böhranı ilə bağlı irəliləyiş baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qətər əmiri Təmim Həməd Əl Sani Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanla telefonda müzakirə aparıb.
Hər iki lider Körfəz böhranın həlli üçün dialoqa tərəfdar olub.
Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi olan SPA-nın yaydığı məlumata görə, Qətər əmiri Təmim Əl Sani şahzadə Məhəmmədə müraciət edib. O, Qətər və bəzi Körfəz ölkələri arasında yaşanan böhranı həll etmək və bütün tərəflərin maraqlarını təmin etmək üçün dialoqa başlamağı təklif edib.
Səudiyyə vəliəhdi təklifi məmuniyyətlə qarşıladığını və qəbul etdiyini deyib.
Şahzadə Məhəmməd Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreynlə razılaşmadan sonra mövzu ətrafında daha konkret danışmağın mümkünlüyünü ifadə edib.
Qətərin rəsmi xəbər agentliyi olan QNA isə xəbər verib ki, tərəflərin telefonla danışması üçün ABŞ prezidenti Donald Tramp vasitəçilik edib.