9 Sentyabr 2017 18:41
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya hökuməti Katalonoya regionunun oktyabrın 1-də müstəqillik referendumu keçirmək qərarı ilə bağlı cavab tədbirləri hazırlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rəsmi Madrid Kataloniya Məclisi və rəhbərliyinin bu addımına qarşı hətta hərbi müdaxiləni də mümkün hesab edib.

İspaniya hökumətinin yüksək səviyyəli səlahiyyətlisi Madriddə xarici jurnalistlər üçün mətbuat konfransı keçirərək Kataloniya ilə bağlı atılacaq addımlar haqda danışıb.

Adı çəkilməyən hökumət nümayəndəsi deyib ki, İspaniya Konstitusiya Məhkəməsinin qərarına baxmayaraq, Kataloniya müstəqillik referendumu keçirməkdə israr edərsə, buna qarşı effektiv qərarlar qəbul ediləcək:

“40 ildən artıqdır demokratiya tariximizdə geridönməz bir proses yaşayırıq. Ola biləcək bütün hallarla bağlı mümkün hazırlıqlar görülüb. Biz sakit şəkildə hərəkət edəcəyik. Qanun, qanunvericilik bizim tərəfimizdədir. Referendumun qarşısını almaq məqsədilə İspaniya hökuməti Kataloniyadakı bütün bələdiyyələrə yazılı müraciət göndərib.

Bu müraciətdə Konstitusiya Məhkəməsinin qərarlarına əməl olunazsa, hansı nəticələrin yarana biləcəyi izah edilib. Referendumla bağlı hər hansı bir elan və təbliğatın aparılmaması üçün də Kataloniyada fəaliyyət göstərən media quruluşlarına müvafiq xəbərdarlıq edilib.

1 oktyabrda Kataloniyada keçiriləcək müstəqillik referendumunun qarşısını almaq üçün qanunvericiliyin imkan verdiyi bütün hüquqlardan Madrid hökuməti isstifadə edəcək. Son variant olsa da hərbi müdaxilənin kənara qoymayacağıq”.

Xatırladaq ki, Kataloniya regionunun yerli rəhbərliyi İspaniyadan ayrılmaq və müstəqil dövlət olmaq məqsədilə oktyabrın 1-də müstəqillik referendumu keçirmək haqda qərar çıxarıb.


Müəllif: Cavad

Oxşar xəbərlər