10 Sentyabr 2017 00:38
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ay əvvəl Misirdə həbs edilən uyğur türkü olan 200 tələbədən 12-si azadlığa buraxılıb, 113 tələbə isə hələ də Qahirə ətrafı həbsxanalarda saxlanılır.

Teleqraf.com-un məlumatına görə, onlar Əzhər Universitetində təhsil alır.

Misirli vəkil İzzət Canim bildirib ki, tələbələrin Misirdə qanuni qalmaq hüququ olub, onlar Çinin Qahirdədəki səfirliyinin istəyi əsasında həbs ediliblər: “Muxtar Ruzi Mömin adlı tələbədən isə iyulun 16-dan bu yana xəbər ala bilmirik, onun harada saxlanıldığı bizə bəlli deyil”.

Xatırladaq ki, Misirin təhlükəsizlik qüvvələri iyul ayında bu ölkədə yaşayan və təhsil alan uyğur türklərinin yaşadığı müxtəlif ünvanlarda çoxlu sayda uyğur türkünü həbs edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər