9 Sentyabr 2017 20:34
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti sədrinin müavini Əli Mütəhhəri İranın Myanmada Arakan müsəlmanlarının taleyinə biganə qaldığını bildirib.

Teleqraf.com xəbər verir ki, Əli Mütəhhəri Myanmada müsəlmanlara edilən zorakılıqları yalnız hərbi yolla önləməyi mümkün sayıb: “Bu gün Myanma müsəlmanları dünyanın ən məzlum adamlarıdır. Lakin təəssüf ki, islam dünyasının onların acınacaqlı durumuna reaksiyası çox zəifdir.

Bu barədə yalnız bir neçə etiraz aksiyası keçirilib. İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı hər hansı bir iclas çağırmasından söhbət belə getmir. Görəsən, biz müsəlmanlar niyə NATO-ya bənzər ortaq bir hərbi ittifaq yaratmırıq ki, bu kimi hallarda meydana çıxıb müsəlmanlara yardım etsin? Hesab edirik ki, Myanma hökumətinin müsəlmanlara qarşı törətdiyi cinayətlərini yalnız hərbi güclə dayandırmaq olar”.

İranlı deputat qeyd edib ki, Myanmada baş verənlərlə bağlı İrandan daha çox şeylər gözlənilir: “Lakin təəssüflər olsun ki, biz islamın özündən çox şiəyə önəm və fikir veririk. Halbuki islam dini həm şiələri, həm də sünniləri əhatə edir.

Etiraf edək ki, Türkiyə, Arakan müsəlmanlarının durumu ilə bağlı bizdən daha yaxşı davrandı. Rəsmi Ankara Banqladeşə dedi ki, Myanmadan qovulan müsəlmanların üzünə sərhədlərini aç və onları qəbul elə, xərcini biz ödəyəcəyik. Belə çıxır ki, biz islam həmrəyliyinin anlamını olduğu kimi qanmamışıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər