Naməlum şəxs bu gün səhər İrəvanın mərkəzində bankomatlardan birini partladıb, daha sonra onu qarət edib.
Teleqraf.com-un məlumatına görə, bankomatdan 2 milyon dram (4,1 min dollar) aparılıb.
Ermənistan İstintaq Komitəsinin müşaviri Sona Truzyan bankomatın qaz balonu ilə partladılığını söyləyib.
Faktla bağlı cinayət işi açılıb, hələlik qarətçini tutmaq mümkün olmayıb.