10 Sentyabr 2017 11:29
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan Myanma zülmündən qaçaraq, Banqladeşə sığınan müsəlmanlara yardım etməyə hazır olduğunu deyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Astanada keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) elm və texnologiya üzrə sammitin açılışında çıxış edərkən deyib.

O bildirib ki, Arakan müsəlmanları hazırda çox ağır şəraitdə yaşayır:

"Myanmada müsəlman qardaşlarımıza qarş qətliamlar törədilir. Onlar bu zülmdən qaçmaq üçün evlərini tərk etmək məcburiyyətində qalırlar. Banqladeşə sığınan müsəlmanlar ağır şəraitdə qalırlar. Banqladeş rəhbərliyinə bildirmək istəyirik ki, köməyə hazırıq".


Müəllif: Samir

Oxşar xəbərlər