Ukrayna Milli Qvardiyası Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini qorumağı öhdəsinə götürüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Saakaşvilinin Lvov meri Andrey Sadov ilə”Mons Pius” restoranındakı görüşündə onları “Donbas” batalyonunun döyüşçüləri mühafizə edib.
Lvov meri Saakaşvilinin Ukraynaya gəlişini alqışladığını deyib. O, “Şeqini” sərhəd-keçid məntəqəsi əməkdaşlarının fəaliyyətini isə qəbuledilməz adlandırıb.
Saakaşvili öz növbəsində adının “Mirotvorets” saytında yer almasından heyrətləndiyini bildirib və bunda Ukrayna Daxili İşlər naziri Arsen Avakovu ittiham edib.
Qeyd edək ki, Saakaşvili dünən axşam saatlarında Ukraynadakı tərəfdarları ilə birlikdə ölkə sərhədini keçib. Bu zaman sərhədçilərlə Saakaşvili tərəfdarları arasında toqquşmalar baş verib. Olaylar nəticəsində azı 16 sərhədçi yaralanıb.