Türkiyə pomidorunun Rusiya bazarına yenidən ixracının vaxtı açıqlanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiyanın Ticarət Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, gələn ay Türkiyədən 300 min ton pomidor Rusiyaya ixrac ediləcək:
“Bununla bağlı danışıqlar davam edir. Belə getsə, bu ilin oktyabrından bəzi türk şirkətləri Rusiya bazarına pomidor çıxara biləcək”.
Qeyd edək ki, 2015-ci ildə baş verən Su-24 hadisəsindən əvvəl Türkiyə Rusiyaya ildə 250 milyon dollar dəyərində pomidor ixrac edirdi.