14 Sentyabr 2017 00:58
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Federal Ali Məhkəməsi vəzifə səlahiyyətindən sui-istifadədə günahlandırılan prezident Mişel Temer barəsində cinayət işinin açılması haqda qərar çıxarıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Baş prokuror Rodriqo Janotun tələbi əsasında Federal Ali Məhkəmənin hakimi Luis Roberto Barroso vəzifə səlahiyyətini aşmaqda suçlanan dövlət başçısı haqda iddiaların araşdırılması üçün istintaq əməliyyatlarına başlanmasına icazə verib.

Baş prokuror Janot prezident Temerin mayda imzaladığı fərmanla Santos limanını işlədən “Rodrimar” şirkətinin fayda götürməsi üçün sui-istifadə hallarına yol verdiyini iddia edir.

Federal Ali Məhkəmənin hakimi Luis Roberto Barroso hər kəsin qanun qarşısında bərabər olduğunu deyib. Onun fikrincə, istintaq əməliyyatlarının başlanması barədə qərar Temerin günahkar olduğu mənasına gəlmir, sadəcə inandırıcı dəlillər olduğu üçün mühakiməyə qərar verilib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər