15 Sentyabr 2017 14:00
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Hulusi Akar ilə iranlı həmkarı Məhəmməd Bakıri arasında telefon danışığı baş tutub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, generallar İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendum və Myanmada Arakan müsəlmanlarına qarşı törədilən qətliam məsələlərini müzakirə ediblər.

Bundan başqa, qərargah rəisləri ikitərəfli əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Samir