15 Sentyabr 2017 19:09
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Müdafiə Nazirliyinin polkovniki Norayr Yolçyanın adı korrupsiya qalmaqalında hallanır.

Teleqraf.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, Norayr Yolçyan Yerevanın mərkəzində 3.5 milyon dollara mənzil alıb. Bu isə ölkənin ordusunda korrupsiyanın səviyyəsinin göstəricisi kimi qəbul edilir.

Prezident Serj Sarqsyanın yaxın adamı sayılan polkovnik Norayr Yolçyan yazılanları böhtan adlandırsa da, jurnalistlər ortaya təkzibedilməz faktlar qoyublar.

MDB-də ən korrupsiyalaşmış hərbi sistem sayılan erməni ordusunin rəhbər heyəti hətta Qarabağdakı hərbi hissələrdə olan yanacaq ehtiyatlarını da satmaqla məşğuldur. Bu fakt 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları zamanı özünü göstərmişdi. Tankların və digər hərbi texnikanın yanacaqlarını satan zabitlər barəsində cinayət işi açılıb, onlarla zabir həbs edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər