Biz heç kəsin çıxışını dinləmirik, referendum keçirəcəyik. Yalnız Kürdüstan xalqı referenduma legitimlik qazandıracaq, onun kənarındakılar yox. Buna görə də heç kimə qulaq asmayın, referenduma gedirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.
İndiyə qədər referenduma alternativ olaraq irəli sürülən təkliflər barədə danışan Məsud Bərzani heç birinin onları razı salmadığını söyləyib: “Referendum müstəqilliyə qovuşmağımız üçün vasitədir, lakin hədəf deyil. Məqsədimiz müstəqillikdir. Daha əvvəl bir çox vədlər verildi, ancaq heç biri yerinə yetirilmədi. Buna görə referendum təxirə salınmayacaq. Ən böyük problem Bağdaddakı qardaşlarımızın gerçək bir ortaqlığı qəbul etməmələridir. Üzrlü sayın, biz də sizə xidmətçi olmağı qəbul etmirik”.
Bərzani bu prosesin riskli olduğunu, buna rəğmən lazımi addımlar atılacağını bildirib: “Əks təqdirdə, riskdən daha pis şeylər ola bilər. Burada məsələ iradədir. Kürdüstan xalqının iradəsi güclü olmalıdır. Əgər güclü iradə olarsa, uğur əldə olunacaq”.