15 Sentyabr 2017 22:23
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Rəhbərliyinin sentyabrın 25-də keçirilməsi nəzərdə tutulan müstəqillik referendumu barədə qərarı ağıl çaşğınlığı, ciddi mənada siyasi cahillikdir. Belə bir siyasət anlayışı ola bilməz.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə müsahibəsində deyib.

Sentyabrın 22-də Milli Təhlükəsizlik Şurasının toplantısının keçiriləcəyini söyləyən Ərdoğan həmin iclasda referendumla bağlı Türkiyənin öz qərarını açıq şəkildə bildirəcəyini qeyd edib.

Onun fikrincə, hamı asanlıqla referenduma “hə” deyə bilməz: “Biz İraqın kənarında 350 kilometrlik sərhəddəyik. Bir tərəf İran, digər tərəf isə Suriyadır. Suriyadakı vəziyyətin necə olduğu bəllidir. Bizim mövqeyimiz necədir? İraqın ərazi bütövlüyünü dəstəkləyirik. İran da eyni mövqedədir. Bütün bunlara baxmayaraq, öz aləminizdə müstəqil bir dövlət elan etməyə cəhd göstərərsinizsə, üzrlü sayın, buna hər kəs beləcə “hə” deməz. Burada türkmənlər var, cənubda, digər tərəfdən də Mosulda ərəblər var. Sizin onları yox sayıb İraqın ərazi bütövlüyünü təhdid edən addım atmağınıza heç kəs asanlıqla razı olmayacaq”.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani geri addım atmayacaqlarını və referendum keçirəcəklərini bəyan edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər