24 İyul 2014 18:01
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında 3 çılpaq oğru bir restorandan hamburger oğurlayıblar.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik kamerasına düşən oğruların alt paltarında restorana daxil olaraq içəridəki əşyaları qarışdırdığı görüntülənib. Daha sonra alt paltarlarını da çıxaran oğrular 60 hamburger və bir qədər qırmızı biber götürərək oradan uzaqlaşıblar.

Restoranın rəhbəri Lou Bangert 27 illik idarəçilikdə bu cür hadisə ilə ilk dəfə qarşılaşdığını deyib.

Oğurlanan biberlər bir neçə saat sonra çimərlikdə tapılıb. Polis oğruların yerini deyən vətəndaşa min dollar mükafat vəd edib.

Uğur


Müəllif: