Çexiyanın Xarici İşlər naziri Lyubomir Zaoralekin avtomobili qəzaya uğrayıb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı nazirin olduğu avtomobil qarşıdan gələn digər maşınla toqquşub.
Qəza zamanı nazirlə yanaşı daha 6 nəfər xəsarət alıb.
Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Qəzanın səbəbləri məlum deyil.