16 Sentyabr 2017 18:50
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quql şirkətinin üç işçisi maaşlarının onlarla eyni işi görən kişilərlə müqayisədə az oldğuna görə şikayət edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, şikayətçi qadınlardan biri rabitə bölməsində, digər ikisi isə proqram mühəndisi və rəhbər vəzifədə işləyir.

San-Fransisko şəhərində yerləşən Kaliforniya Ştatı Məhkəməsinə müraciət etmiş iddiaçı qadınlar onu da bildiriblər ki, Quqlda qadınlar işdə yüksələ biləcəyi vəzifələrə daha az gətirilir. Qadınlar adi vəzifədən yaxşı vəzifəyə keçirilmir, ödəmə və vəzifə ayrı-seçkiliyi şüurlu şəkildə icra edilir, ancaq problemin həlli üçün heç bir addım atılmır.

Amerika Əmək və Sosial Müdafiə Nazirliyi sözügedən cinsi ayrı-seçkilklə bağlı araşdırmaya başlayıb. Şirkətinin sözçüsü Cina Sçilyano bildirib ki, ədalətli ödəmə apardığımıza əmin olmaq üçün əhatəli sistemimiz var: “Fərdi fərqlilik və ya problem görəndə düzəltməyə çalışırıq".


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər