ABŞ-ın Beynəlxalq silahsızlanma üzrə konfransında daimi nümayəndəsi, səfir Robert Vud Cenevrədə jurnalistlərə açıqlamasında İranla bağlanan nüvə sazişindən danışıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfir Tehranı nüvə sazişinin icrası ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırmaqda günahlandırıb:
“Əgər İranın ballistik raket sahəsində fəaliyyətini, Suriyada Bəşər Əsəd rejiminə, Livan “Hizbullahı”na, eləcə də fələstinli “Həmas” qruplaşmasına və Yəməndəki “Husi” üsyançılarına dəstəyini nəzərə alsaq, onda demək olar ki, bu ölkə 2015-ci ildə imzalanmış nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq deyil”.