Biri-birini sevən 15 yaşlı Bakxt Can və 17 yaşlı Rəhmanı valideynləri vəhşicəsinə qətlə yetirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Pakistanın Karaçi şəhərində baş verib.
Yerli polisin məlumatına görə, yeniyetmələr evlənmək üçün qaçdıqlarına görə qətlə yetiriliblər.
Bəzi məlumatlara görə, hər iki yeniyetmənin valideynləri toyla bağlı razılığa gəlsə də, işə ağsaqqallar şurası qarışıb. Şura bildirib ki, valideynlər sevən cütlüyü öldürməsə, onları çox böyük problemlər gözləyir.
Öncə 15 yaşlı Bakxt Canı öldürüb torpağa basdırıblar, sabahkı gün isə sevgilisi Rəhmanı qətlə yetiriblər.
Qeyd edək ki, 2016-cı ilin oktyabrında Pakistanda namus məsələsi üstündə qətllərə görə sərt cəza qanunu qəbul edilib.
Faktla bağlı araşdırmalar davam edir.