Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri, aviasiya baş marşalı Styuart Piç NATO-nun Hərbi komitəsinin rəhbəri seçilib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə NATO mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu, NATO-da ən vacib postlardan biri sayılır. NATO baş katibinin əsas məsləhətçisi olan Hərbi komitənin rəhbəri 3 il müddətinə seçilir.