17 Sentyabr 2017 12:59
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 16-dan 17-ə keçən gecə Konqo Demokratik Respublikası ordusu ilə burundili qaçqınlar arasında baş verən qarşıdurma zamanı çoxsaylı insan ölüb, yaralılar var.

Teleqraf.con xarici mediaya istinadən xəbər verir ki, Konqo ordusu qaçqınların öz evlərinə qayıtması haqda çağırışa etiraz edib. Bundan sonra tərəflər arasında Konqonun Kamanyola şəhərində qarşıdurma baş verib.

İnsident nəticəsində ölənlər və yaralananlar haqqında ziddiyyətli xəbərlər yayılır. Konqo hökumətinin sözçüsü Lambert Mende deyib ki, naməlum silahlı qrup tərəfindən Milli Kəşfiyyat Agentliyinin binasına atəş açılıb. Nəticədə 5 əsgər öldürülüb. BMT-nin Konqoda sülhyaratma missiyası – MONUSKO (Mission Organization of Nation Union Stabilization in Congo) 18 nəfərin həyatını itirdiyini, 50 nəfərin yaralandığını açıqlayıb. Konqo Daxili İşlər Nazirliyi isə 34 nəfərin öldüyünü, 124 nəfərin yaralandığını bəyan edib. Nazirlik əlavə edib ki, bir neçə burundili qaçqın deportasiya məqsədilə həbs edilib.


Müəllif: Cavad