Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi gecə saatlarında ABŞ-ın Nyu York şəhər aeroportuna eniş edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğanı Nyu York səfərində Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar, Baş nazirin müavini Rəcəb Ağdağ, Ədliyyə naziri Əbdülhəmid Gül, Avropa Birliyi naziri Ömər Çelik, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii sərvətlər naziri Bərat Albayraq müşayiət edir.
Türkiyə prezidenti ABŞ-da yaşayan türklər tərəfindən Nyu Yorkda böyük coşqu ilə qarşılanıb.
Ərdoğan bu gün amerikalı həmkarı Donald Trampın BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində liderlərə təşkil etdiyi ziyafətdə iştirak edəcək.