19 Sentyabr 2017 00:40
1 853

Onlar heç zaman etnik qrup olmayıblar.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu bəyanatla Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Aung Hlaing çıxış edib.

General 400 mindən çox müsəlmanın təzyiqlər səbəbindən qonşu Banqladeşə keçməsinə görə də Arakanlı müsəlmanları günahkar sayıb.

Arakanlı müsəlmanların heç zaman etnik qrup olmadığını deyən Aung Hlaing “radikal üsyançıların” bölgədə özlərinə “qala” yaratmağa çalışdığını iddia edib.

General Myanma xalqını Arakan böhranı qarşısında bir olmağa çağırıb.

“25 avqustdan bu yana radikal Benqallilərlə (Arakanlı müsəlmanlar) 93 dəfə qarşıdurma yaranıb. Onlar Arakanın tanınmasını istədilər. Halbuki heç bir zaman etnik qrup olmayıblar”, - deyə, Aung Hlaing bildirib.
Arakanlı müsəlmanları Buthidaung və Maungtav şəhərlərində özlərinə “qala” elan etdiklərinin qarşıdurmalara səbəb olduğunu iddia edən general Aung Hlaing əlavə edib ki, “Benqal” məsələsində həqiqətin üzə çıxması üçün hamımız bir araya gəlməliyik: “Bu, bütün xalqı maraqlandıran bir mövzudur”.

Qeyd edək ki, Myanma hökuməti Arakan müsəlmanlarını “Benqals” adlandırır və onları azlıq qrupu kimi qəbul edir.


Müəllif: Cavad