18 Sentyabr 2017 23:21
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şiə məzhəbli Haşdi-Şəbi silahlı qruplaşması Kərkük şəhərinin cənub hissəsinə ağır silahlar yerləşdirib.

Teleqraf.com xəbər verir ki, Kərkük əyalətinə Haşdi-Şəbi qruplaşmasının silah və canlı qüvvə gətirməsi Şimali İraq Kürd Muxtariyyətinin sentyabrıb 25-də müstəqillik referendumu keçirməsi qərarından və kürdlərin Kərkük şəhərinə iddia etməsindən sonra baş verib.

Kərkük şəhər məclisinin üzvü Əli Mehdi deyib ki, Bağdaddan gələn 70-dən çox Haşdi-Şəbi silahlılarının Kərkükün cənubundakı Dakuk rayonu ilə Tezehurmatu şəhərində yerləşib.
Əli Mehdi əlavə edib ki, Haşdi-Şəbi İŞİD-in əlində olan Havicedə əməliyyatlar üçün bölgəyə ağır silahlar göndərib.

Kərkükə gətirilən hərbi qüvvələrdən sonra Haşdi-Şəbinin komandirlərindən Əbu Mehdi Muhəndis əraziyə gələrək buradakı komandirlərlə Türkmən Bəşir kəndində toplantı keçirib.
Xatırladaq ki, Haşdi-Şəbi qruplaşması İrana yaxın silahlı şəbəkə olaraq tanınır və rəsmi Bağdad tərəfindən müdafiə olunur. Bu silahlı dəstənin tərkibində yüzlərlə şiə türkmənlər də vuruşur.


Müəllif: Cavad

Oxşar xəbərlər