ABŞ Prezidenti Donald Tramp Qətər əmiri Tamim ibn Həmid əl-Tani ilə Nyu Yorkda görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində keçirilən görüşdə liderlər Qətər böhranını müzakirə ediblər.
Tramp Qətər əmirindən terrorçuların maliyyələşməsini önləmək üçün səylərini artırmağı tələb edib.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.