Dünən baş vermiş zəlzələdən sonra Meksika Kubokunda “Klub Amerika” və “Kruz Azul” qarşılaşması təxirə salınıb. 7.1 bal gücündə zəlzələ “Azteka” stadionuna ciddi zərər vurub.
Teleqraf.com xarici mətbuata istinadən bildirir ki, “Azteka”nın tribunalarında nəzərə çarpacaq dərəcədə böyük çatlar əmələ gəlib. Matçın nə vaxt olacağı hələ ki, dəqiqləşməyib.
Qeyd edək ki, sözügedən stadion yaddaşlarda Dieqo Maradonanın 1986-cı ildə Dünya Kubokunda İngiltərəyə əliylə qol vurduğu yer olaraq qalıb.