Bu ilin sonunda ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görüş Asiya-Sakit okeanı iqtisadi forumunun Vyetnamda keçirilməsi planlaşdırılan iclası zamanı baş tutacaq.
Lavrov qeyd edib ki, bu görüş çox böyük əhəmiyyətə malikdir.
Bu arada Lavrov ABŞ-ın Suriyadakı varlığı məsələsində də toxunub: “Tillersonla görüşdə ABŞ-ın Suriyada fəaliyyəti məsələsini müzakirə etdik. Dövlət katibinə xatırlatdım ki, amerikalı əsgərlə Suriyada “çağırılmamış qonaq”dır. Buna baxmayaraq, Rusiya terrorla mübarizədə ABŞ-a əməkdaşlığa hazırdır”.