20 Sentyabr 2017 19:11
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Urmiya gölündə böhran getdikcə dərinləşir. Bunu son günlərdə mətbuatda yayılan şəkillərdə də görmək mümkündür.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Urmiya Gölünü Canlandırma Mərkəzinin rəsmiləri göldə suyun səviyyəsinin aşağı düşməsi prosesinin davam etdiyini bildirirlər.

Vəziyət belə davam edərsə ətraf bölgələrdə yaşayan 14 milyon soydaşımızın gələcək həyatı Urmiya gölü böhranından dolayı ciddi təhlükə ilə üz-üzə qalacaq.

Dövlət gölün canlandırılması uğrunda hər hansı tədbir görmədiyi üçün ümidlər də artıq tükənməkdədir.

Urmiya gölü böhranı bölgə ekosisteminə vurduğu ziyanla yanaşı artıq ətraf ərazidə yerləşən meyvə bağlarını da sıradan çıxarmaq üzrədir.


Müəllif: Samir

Oxşar xəbərlər