BMT-də nüvə silahının tamamilə qadağan olunması barədə konvensiya imzalamaq üçün açıq elan edilib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq bir gündə konvensiyanı 51 dövlət imzalayıb.
Bunalar Əlcəzair, Avstriya, Braziliya, Vatikan, Kosta-Rika, İndoneziya, Kuba, Liviya, Lixteynşteyn, Meksika, Yeni Zelandiya, Fələstin, CAR, Tailand, Venesuela və digər dövlətlərdir.