21 Sentyabr 2017 10:11
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada ABŞ səfirliyinin iki əməkdaşı qaçırılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı səfirliyin mətbuat xidməti məlumat yayıb.

Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Kerbin Barasarte və əməkdaşı Fransisko Fernandes paytaxt Karakasda gəzinti zamanı naməlum şəxslərin hücumuna məruz qalıb.

Onlar zorla hər iki şəxsi avtomobilə əyləşdirmək istəyiblər. Fernandes cinayətkarların əlindən qaça bilib. O, faktla bağlı polisə məlumat verib.

Bir müddət sonra cinayətkarlar Barasartenin ailəsi ilə əlaqə saxlayaraq, 30 min dollar tələb ediblər. Zəngin gəldiyi yeri müəyyən edən polis həmin ünvana basqın edib. Polislə cinayətkarlar arasında baş verən silahlı insidentdən sonra Barasarte də azad edilib. Dəstənin bütün üzvləri öldürülüb.


Müəllif: Samir

Oxşar xəbərlər