Rusiya ümid edir ki, ABŞ digər ölkələrin suverenliyinin aliliyinə hörmət edəcək.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu bəyanatla Rusiya Xarici İşlər naziri Sergey Lavrov çıxış edib.
"Düşünürəm ki, bu sözlərin altına hər kəs imza ata bilər. Xüsusən də ABŞ-ın xarici siyasəti suverenliyə hörmət, başqalarının daxili işlərinə qarışmamaq, xalqların bərabərliyi və qarşılıqlı hörmək əsasında qurulacaqsa,hamı bu prinsipə hörmət edəcək", - Lavrov BMT Baş Assamleyasında çıxışı zamanı deyib.