ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı "dostum" adlandırıb.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Tramp 16 mayda Türkiyənin ABŞ-dakı səfirliyi yaxınlığında baş verən hadisələrlə əlaqədar iki ölkə arasında gərginlik yaranmasına baxmayaraq, Ərdoğanın fəaliyyətini yüksək qiymətləndirib.
BMT Baş Assambleyasının 72 sessiyası çərçivəsində Ərdoğanla görüşən Tramp deyib: "Ərdoğan mənim dostum oldu. Düşünürəm ki, biz əvvəllər heç vaxt olmadığı kimi yaxınıq".