BMT Təhlükəsizlik Şurası (TŞ) Şimali İraq Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirməsi ilə bağlı bəyanat yayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bəyanatda sentyabrın 25-nə planlaşdırılan referendumla bağlı narahatlıq yer alıb:
“BMT TŞ üzvləri İraq kürdlərinin bölgədə təktərəfli referendum keçirməsi qərarından narahatdır. İŞİD-lə mübarizənin getdiyi dövrdə bu qərar 3 milyon miqrantın yurdlarına qayıtmasına maneə törədəcək və bölgədəki sabitliyi pozacaq.
BMT TŞ üzvləri İraqın ərazi bütövlüyünə və suvererliyinə hörmətlə yanaşır və tərəfləri problemin dialoq vasitəsilə həll olunmasına çağırır”.