24 Sentyabr 2017 01:20
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı aktyor Morqan Frimen ABŞ-da son prezident seçkilərinə müdaxiləni araşdırmağı tələb edib. Aktyor Amerikamın müharibə vəziyyətində olduğunu bəyan edib: “Amerikanı məhv etmək istəyən Kremlidə bir KQB zabiti var”.

Teleqraf.com xəbər verir ki, bildirir ki, Morqan Frimen “Rusiyanın İstintaq Komitəsi” layihəsi çərçivəsində çəkilən təbliğat videosunda son prezident seçkilərinə Rusiya tərəfindən müdaxiləni gündəmə gətirib.

O, Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin çökürdülməsi səbəbindən intiqam almaq niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, amerikalı rejissor Rob Reiner Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə edib-etmədiyini araşdırmaq çəqsədilə “Rusiya İstintaq Komitəsi” adında qurum yaradıb. ABŞ-ın sabiq Milli Kəşfiyyat Xidmətinin direktoru Ceyms Clapperin də təmsil olunduğu komitənin investigaterussia.org saytı artıq fəaliyyətə başlayıb.

Saytda Amerikada olan bütün mənfi hadisələr Rusiya ilə əlaqələndirilir.

Aktyorun Rusiya əleyhinə təbliğat videosu qeyd olunan sayt vasitəsilə yayımlanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər