"ABŞ Pxenyanın nüvə silahına sahib olduğunu bilsə də, Şimali Koreyanı vurmayacaq".
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib:
"ABŞ-ın İraqı bombalaması Vaşinqtonun burada kütləvi qırğın silahlarının olmamasına tam əminliyindən sonra baş verib. Ona görə də Vaşinqtonun Pxenyanı vurması mümkün deyil. Çünki bu zərbədən tək Şimali Koreya deyil, Cənubi Koreya, Yaponiya, Çin və Rusiya da əziyyət çəkəcək".
Samir