İraq Kürdüstanında müstəqillik referendum keçirilir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səhər saatlarından yerli sakinlər səsvermə məntəqələrinə üz tuturlar.
Səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək.
Qeyd edək ki, kürdlərin referendum qərarı bir çox ölkələr tərəfindən narazılıqla qarşılanıb. İraq, İran və Türkiyə birgə bəyanat yayaraq, İraq Kürdüstanını bu qərardan çəkinməyə çağırıb. Ancaq İraq Kürdüstanının rəhbəri Məsud Bərzani referendumun keçiriləcəyini bildirib.
İsrail müstəqillik referendumunu açıq dəstəkləyən yeganə ölkə olub.