Boliviya Prezidenti Evo Morales ameriaklı həmkarı Donald Trapmı "dünya üçün ən pis təhlükə" adlandırıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, o bu barədə Tvittedıki mikrobloqunda yazıb.
"Yeni qanunsuz sanksiyaları ilə ABŞ Venesuelada dialoqu boykot etmək istəyir. Trapm Yer üzü və insanlıq üçün ən pis təhlükədir", - Morales qeyd edib.
Qeyd edək ki, Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyub. Venesuela, KXDR və Çadla bağlı qadağa oktyabrın 18-də qüvvəyə minəcək.