Rusiyalı senator Aleksey Puşkov Ukrayna Prezidenti Petro Poroşenkonu huşsuz adlandırıb.
Teleqraf.com xəbər verir ki, Puşkov bununla bağlı fikirlərini Tvitter hesablnda yazıb:
“Poroşenkoda toyuq yaddaşı var. Rusiya Minsk razılaşmasına əsasən, Donbas münaqişəsində tərəf deyil. Bu sazişi Poroşenko da imzalayıb”.
Qeyd edək ki, Poroşenko Rusiyanın Donbasa sülhməramlı qüvvələr yeritməsinə sərt reaksiya vermişdi. O bildirib ki, Rusiya münaqişə tərəfi olaraq, Ukraynanın şərqinə sülhməramlı göndərə bilməz.