“Kommersant” qəzeti bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinin 10-dan çox qubernatoru istefaya göndərəcəyi ilə bağlı xəbər yaymışdı.
Son iki gündə baş verən hadisələr “Kommersant”ın məlumatlarının doğruluğunu sübut edib.
Teleqraf.com xəbər verir ki, istefa ilə bağlı ilk informasiya Samara əyalətindən gəlib. Qubernator Nikolay Merkuşkin istefa ərizəsini Putinə təqdim edib. Rusiya prezidenti Merkuşkinin istefasını təsdiqləyib və onu Dmitri Azarovla əvəzləyib.
Merkuşkinin ardınca Novqorod qubernatoru Valeri Şantsev və Krasnoyarsk valisi Viktor Tolokonski də istefa verib.
Bu gün isə Dağıstan lideri Ramazan Abdulatipov könüllü şəkildə istefa ərizəsini ölkə prezidentinə təqdim edib.