İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani Bağdad rəhbərliyinin tələbinə rədd cavabı verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, qərarı mətbuat konfransında açıqlayıb.
Qeyd edək ki, İraq Baş naziri Heydər İbadi 3 gün müddətində sərhəd nəzarətinin Bağdadın ixtiyarına verilməsini istəmiş, əks halda İraq Kürdüstanına edilən bütün beynəlxalq uçuşların dayandırılacağını bildirmişdi.