27 Sentyabr 2017 18:28
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranın Azad İslam Universitetində bir tədbirdəki çıxışında iki gün əvvəl İraq Kürdüstanında keçirilmiş müstəqillik referendumuna sərt münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vilayəti İraq Kürdüstanının başçısı Məsud Barzanini “İsrailə bağlı olmaqda” ittiham edib.

O, müstəqillik referendumunu “dəyərsiz bir hərəkət” adlandırıb: “Bərzaninin gördüyü bu iş dəyərsizdir və bunun müsbət nəticəsi olmayacaq. Onun bu hərəkəti sadəcə olaraq bölgədə xaosa və qarma-qarışıqlığa səbəb olacaq. Təəssüf ki, Bərzani çoxdan sionistlərə bağlanıb. Əgər o Fələstindəki vəziyyətdən dərs almayıbsa, heç olmasa vaxtilə mübarizəyə qalxmış sərkərdə Səlahəddin Əyyubini unutmayaydı. Kürd xalqı İsrailin baş naziri Benyamin Netanyahu ilə yox, Səlahəddin Əyyubi ilə fəxr edir. Bir sözlə, hesab edirəm ki, Bərzaninin israillilərə bağlanması, onun siyasi süqutunun başlanğıcıdır.

Məhz bu rüsvayçılığa görə Bərzani bu referendumdan heç nə qazanmayacaq. Baxmayaraq ki, keçirilmiş referendumun nə qədər gerçək olub-olmaması da sual altındadır. Düşünürəm ki, Bərzani başqalarının fikirləşdiyindən daha tez devriləcək. İran milləti və bölgə əhalisi də Bərzaninin bu hərəkəti qarşısında sakit qalmayacaq. Bərzani indiki mövqeyindən geri çəkilmək məcburiyyətini qəbul edəcək”.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqilliklə bağlı referendum keçirilib.


Müəllif: Samir

Oxşar xəbərlər