28 Sentyabr 2017 12:24
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İraq Kürd Muxtariyyəti İraq hökumətinin sərhəd qapılarını və hava limanlarının Bağdada təhvil verilməsinə dair şərtini rədd edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, sentyabrın 27-də Ərbildə Hava Limanları müdiri mətbuat konfransı təşkil edib.

Tədbirdə çıxış edən muxtariyyətin nəqliyyat naziri Mövlud Bavəmurad Bağdadın hava limanlarını 3 gün müddətinə təslim etmək qərarının doğru olmadığını bildirib:

“Ərbil və Süleymaniyyə hava limanları kürd muxtariyyətinin ixtiyarındadır və fəaliyyətlərini davam etdirəcək. Bağdad hava limanlarının uçuşunu dayandıracağı təqdirdə bunun xalqa ciddi təsiri olacaq. Ərbil və Süleymaniyyə də daxil, bütün hava limanları İraq tərəfindən idarə olunur və istiqamətləndirilir”.

Ərbil Beynəlxalq Hava Limanının müdiri Təlar Fayq isə Bağdadın qərarını qanunsuz adlandırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər