ABŞ-ın Liviyada endirdiyi aviazərbələr ilə İŞİD terror təşkilatının bir neçə döyüşçüsü məhv edilib.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı bildirib.
Xəbərə görə, aviazərbələr sentyabrın 26-da Siirtdən 160 km məsafədə terrorçuların mövqelərinə endirilib.
Əməliyyatın detalları barədə məlumat verilməyib.