29 Sentyabr 2017 09:28
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Meksikanın Çyapas ştatının sahillərində güclü zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, ABŞ Geoloji xidməti zəlzələnin gücünün Rixter şkalası ilə 5,6 bal olduğunu bildirib.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Tres Pikos şəhərindən 103 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı isə 10 kilometr dərinlikdə olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər