İrəvan Pedaqoji Universitetinin yaxınlığında kütləvi dava baş verib.
Teleqraf.com erməni KİV-ə istinadla xəbər verir ki, insidentdə onlarla tələbə iştirak edib.
Şahidlərin sözlərinə görə, olay zamanı atəş səsləri də eşidilib.
Hadisə yerinə çox sayda polis qüvvələri və təcili yardım avtomobilləri cəlb edilib.
Ölən və yaralılarla bağlı hələlik heç bir məlumat verilmir.